Doqdurkul Kendirbayeva Qırğızıstanın yeni təhsil və elm naziri vəzifəsinə təsdiq edilib.
KONKRET.az xəbər verir ki, bu barədə oktyabrın 6-da ölkə prezidenti Sadır Japarov sərəncam imzalayıb.
Sentyabrın 28-dən Kendirbayeva Təhsil və Elm Nazirliyinin rəhbəri vəzifəsini icra edir. O, Qırğızıstanın hazırkı hökumətində üçüncü qadın nazir olacaq.
Qeyd edək ki, Gülnarə Baatırova əmək naziri, Nuriya Kutnayeva isə rəqəmsal inkişaf naziridir.
Doğdurkul Kendirbayevanın 58 yaşı var. 1991-ci ildə Qırğızıstan Dövlət Universitetini “tarix və ictimai fənlər müəllimi” ixtisası üzrə bitirib. Bir neçə ildən sonra o, “İlin ən yaxşı müəllimi-96” respublika müsabiqəsinin rayon mərhələsinin qalibi olub və Qırğızıstan Respublikasının Təhsil əlaçısı adına layiq görülüb. 2012-ci ilin iyulundan 2014-cü ilin sentyabrına qədər təhsil və elm nazirinin müavini vəzifəsində çalışıb. Sonra o, “Roza Otunbayeva Təşəbbüsü” beynəlxalq ictimai fondunun icraçı direktoru vəzifəsini tutub.
Qırğızıstanın əvvəlki təhsil və elm naziri Kanıbek İmanəliyev bu il sentyabrın 7-də əmək vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. O, altı ay bu vəzifədə çalışıb.
Natiq Səlim,
KONKRET.az
