Almatı şəhər İnzibati Xətalar üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəməsi Qazaxıstanın ən böyük aviaşirkəti “Air Astana”nı daşıma bazarında yol verilən sui-istifadələrə görə 6,7 milyard tenge (15 milyon dollar) məbləğində cərimələyib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tələbatın artdığı dövrdə (yay tətili dövrü) aviabilet qiymətlərinin davamlı olaraq artması əhali tərəfindən kəskin tənqid olunub. Bunun fonunda Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi nəqliyyat prokurorluğu ilə birgə “Air Astana” aviaşirkətinin fəaliyyətinin auditini həyata keçirib.
Auditin nəticələrinə əsasən, şirkətin fəaliyyətində hava nəqliyyatı bazarında hökmranlıq mövqeyindən sui-istifadə faktları aşkar edilib. Belə ki, hər bilet üzrə əsassız olaraq əlavə yanacaq haqqı yığılıb.
İqbal Rzayev,
KONKRET.az
