“Qızıl kələm”lə bağlı araşdırmasından sonra Navalnı cərimə izolyatoruna göndərildibackend

"Qızıl kələm”lə bağlı araşdırmasından sonra Navalnı cərimə izolyatoruna göndərildi

Navalnı 13-cü dəfə ŞİZO-ya göndərilib və səhhəti pisləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Vladimir vilayətindəki 6 saylı koloniyada cəza çəkən Aleksey Navalnı çərşənbə axşamı sosial şəbəkədə yazıb.

Navalnı bildirib ki, o, yenidən cəzaçəkmə kamerasında karserə köçürülüb və “son dərəcə cəhənnəm” şəraitinə dözməyə məcbur olub.

O, aprelin 7-də ŞİZO-nu (Cərimə izolyatoru – red.) tərk edib. Bazar ertəsi Navalnının tərəfdarları Federal Penitensiar Xidmətdə məhbuslara yemək bişirmək üçün kələm alınmasındakı maliyyə fırıldaqları ilə bağlı araşdırma dərc etdikdən sonra o geri göndərilib.

Bu münasibətlə Navalnı yazır: “Özünüz baxın. Yayda kələmin topdansatış qiyməti kiloqramı 6 rubl idi. Federal Penitensiar Xidmət onu ağlasığmaz miqdarda 27 rubl 50 qəpiyə alır. Ölkədə 400 min məhkum var və onların əsas qidası kələmdir. Bütün digər məhsullar təxminən eyni şəkildə alınır. Beləliklə, bu kələm qızıldandır”.

“Qızıl kələm”lə bağlı araşdırmalar açıqlandıqdan sonra Navalnı yenidən ŞİZO-ya göndərilib.

Navalnı yazır: “Məni ŞİZO-ya bağladıqları gün gündəlik rejimi dəyişərək dərhal kameranı cəhənnəmdən super cəhənnəmə çevirməyə başladılar. Üstəlik, mənə yemək almaqda məhdudiyyət qoyulmuşdu”.

Bu, Navalnının ŞİZO-ya 13-cü transferidir.

Vəkil Vadim Kobzev Twitter-də bildirib ki, aprelin 7-də Navalnının səhhəti kəskin şəkildə pisləşib və ona təcili yardım çağırılıb.

“Navalnının ŞİZO-dan sonra yenidən ağırlaşan mədə xəstəliyi səbəbindən kamerasına təcili yardım çağırılıb”, – deyə vəkil bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*