Qızılın qiyməti son ayların rekordunu yenilədibackend

Qızılın qiyməti son ayların rekordunu yenilədi

Dünya bazarında qızılın qiyməti sürətlə bahalaşaraq bir troya unsiyası üçün 4 750 dollar həddini keçib.

KONKRET.az xəbər verir ki, “Comex” birjasında dekabrda çatdırılma ilə qızıl fyuçerslərinin qiyməti 1,51 faiz artaraq 4 751,5 dollara yüksəlib.

Daha sonra qiymət artımı sürətlənib. Nəticədə qızılın bir troya unsiyasının qiyməti 1,56 faiz bahalaşaraq 4 753,7 dollara çatıb.

Qeyd edək ki, son günlər qızıl bazarında güclü artım müşahidə olunur. Avqustun 24-də “Comex” qızıl fyuçersləri 4 640,8 dollardan bağlanıb və ardıcıl dördüncü sessiyada bahalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*