19-cu əsrdə yuxarı təbəqələri üçün mühüm bir vəzifə var idi. Qız övladlarına ər seçmək prinsipi zərgər dəqiqliyi ilə həyata keçirilirdi.
KONKRET.az iki əsr bundan əvvəl mövcud olmuş Avropa ailə kultunun bir hissəsinə ekskurs edib.
19 mart 1853-cü ildə Elizabet Bavariya şahzadəsi kimi təsdiqləndi. O, gələcəkdə İmperator kimi Sisi adlandırılacaqdı. Bu hadisədən dərhal sonra 15 yaşlı qızın anası Lüdviq Vilhelmina Vittelsbax ona ər axtarmağa başlamışdı. Bu, 19-cu əsrin güclü qadınlarının mühüm vəzifəsi sayılırdı. Ana bununla öz təsir dairəsini genişləndirmək və əlavə güc əldə etmək niyyətini güdürdü.
Bavariyalı Elizabet
Gənc şahzadə həyatının ən vacib dövrünə qədəm qoymuşdu. Ona görə də ətrafında dedi-qodu və şayiələr hər gün getdikcə artırdı. Onun əri kim olacaqdı? Gəlinlik paltarı ilə o, hansı zadəgan və ya kral ailəsinin oğul övladı ilə yanaşı duracaqdı. Hələ qarşıda iki-üç il vaxt var idi.
Bavariyalı şahzadə ər seçimində müstəqil deyildi. Onun həyat yoldaşını nəcib namizədlər arasından ən uyğununu seçmək vəzifəsi əsasən ananın üzərinə düşürdü. Təbii ki, ataların da ər seçmək məsələsində ailəsi üzərində təsiri az deyildi. Ancaq nikah bağlarını quran və bununla da öz sülaləsinin sosial kapitalını qoruyan daha çox qadınlar idi.
Çünki qadınlar 19-cu əsrdə yuxarı təbəqədə ailə üçün böyük əhəmiyyət kəsb edirdi. Məhz analar daimi yazışmalar nəticəsində yaranan geniş əlaqələrinin köməyi ilə ailə biznesini uğurla idarə edirdilər.
Qadın şəbəkələri
Onilliklər boyu Avropada kral və imperatorların saraylarında qohumlar və dostlar arasında xüsusi şəbəkə yaranmşdı. Bu şəbəkələr varlı ailələrin qadınlarından ibarət idi. Həmin qadınlar mühüm məlumatlara malik idi. Lüdvik kimi analar məhz belə sistemdən faydalanaraq qısa müddətdə böyüyən qızları üçün ən layiqli ər tapa bilirdilər.
Ailə və “ər bazarı”nda uyğun namizədlərin olduğunu bilmək kifayət deyildi. Onları mümkün qədər diqqətlə yoxlamaq da vacib sayılırdı.
Bu məqsədlə şəbəkədə təmsil olunan bütün etibarlı xanım tərəfdaşlara ətraflı məlumatların verilməsi xahişi ilə qiyabi müraciətlər göndərilirdi. Bunun üçün şəbəkə təşkilati işlərin görülməsi üçün hərəkətə keçirdi. Ərə getməyə hazır olan qızın anası üçün vacib olan namizədin ailə vəziyyəti, əmlakı və gələcək ərin xarakteri haqqında məlumat idi.
Bütün bunları ana çox gözə çarpmadan və həddindən artıq maraq təəssüratı yaratmadan bu qadın şəbəkəsi vasitəsilə asanlıqla öyrənə bilirdi. Yoxlanılması lazım olmayan yeganə şey, ər namizədinin etirafı idi – bu, sülalələrə məlum idi.
Bir gənc “yanlış” dinə bağlı idisə, adətən ona məhəl qoyulmurdı – təbii ki, siyasi əhəmiyyətli nikah münaqişələri zamanı istisnalar olurdu və qızın dinini dəyişməsinə icazə verilirdi.
Yalnız taclı ailələrdən olan katolik şahzadələr Elizabetin ərlərinə namizəd hesab edilirdilər. O, Bavariya kral ailəsində doğulduğundan, hətta ən varlı şahzadə də kürəkən kimi qəbul edilə bilməzdi.
İlk seçilən namizədlər həmişə taxt-tacın varisi olan və vərəsəliyin ciddi qaydaları nəticəsində həm də bütün ailə əmlakının varisləri olan ilk oğullar idi.
- Təbii ki, nüfuzlu sülalələrdən olan subay oğullar nadir nümunələr idi. Bundan əlavə, onların ailələri gəlin seçimində son dərəcə həssas idilər və həmişə siyasi koalisiyaya girmək və ya evlilik yolu ilə onları gücləndirmək faydalı olan digər taclı sülalələrdən olan namizədlərə üstünlük verirdilər.
Bununla belə, namizədlərlə bağlı problemlər var idi: onların adətən öz mülkləri olmurdu ki, bu da belə bir namizədlə ailə quran qızın həyat səviyyəsinə çox pis təsir göstərə bilərdi.
Ən gizli mesajlar
Lüdvik gizli yazışmalar vasitəsilə ictimaiyyətə məlum olmayan və ya namizədlərin ailələrinin hər şeyini öyrənməyə cəhd edirdi və demək olar ki, bu sahədə çox bacarıqlı sayılırdı.
Onun qarşısında duran əsas suallar isə bu idi? Qızı zəngin bir ailəyə ərə getməli idi, yoxsa sadəcə böyük adı olan, lakin mülkü olmayan bir ailəyə məxsus olmalıydı? Ərin xarakteri necə olmalı di? Ən nəhayət, ərliyə namizəd hansı həyat tərzi keçirirdi?
Rəsmi olaraq bu cür sualların üstündən sükutla keçilirdi, amma təbii ki, ana üçün bəyin açıq-aşkar qadın düşkünü, içkiyə və ya qumara meyilli, fövqəladə xəsis və ya israfçı olub-olmadığını bilməsi vacib idi. Seçilmiş ər çox melanxolik və ya ehtiyatsız olmamalıydı. Onun kürəkəni qızının gələcəyinin əsas təminatçısı kimi çıxış etməli idi.
Ana da bilməli idi ki, nikah namizədi artıq qeyri-rəsmi olaraq kimsə üçün nəzərdə tutulub. Ola bilsin ki, hansısa daha güclü sülalə çoxdan pərdə arxasında təmsil olunan gənclərdən birinə maraq göstərib – bu halda çox açıq suallardan çəkinmək lazım idi. Axı, güzəştə getmək və ya uğursuz olmaq axmaqlıq olardı.
“Qadınların hansı təfərrüatları öyrənə bilməsi heyrətamizdir”.
Məlumat əldə etməyə gəldikdə, qadın şəbəkələri son dərəcə səmərəli idi. Ananın qızı üçün evlilik üçün namizəd axtarması və ya artıq seçilmiş bakalavrı yoxlamaq istəməsinin fərqi yox idi – bacılar, xalalar, əmioğlular və dostlar yorulmadan ona lazımi məlumatları verirdilər.

Qadınların hansı detalları öyrənə bilməsi heyrətamizdir. Bəziləri hətta potensial namizədlər siyahısına daxil edilən gəncin evlənəcəyi qıza uyğun olub-olmayacağını qiymətləndirmək üçün məktublarında ciddi psixoqramlar hazırlayırdılar.
Bu arada, qadın şəbəkəsi vasitəsilə qeyri-rəsmi məlumat əldə etmək üçün Lüdvikin əri Maksın az rola malik olmasının üstünlüyü var idi: bu, az-çox açıq münaqişələrin qarşısını alırdı.
Diqqətlə araşdırıldıqda yüksək meyarlara cavab verməyən və ya varlı ailədən olsa da, sonradan var-dövlətsiz qala bilən hər kəs səssizcə və gizli şəkildə namizədlər siyahısından çıxarılırdı, bu barədə belələrinə heç bir məlumat verilmirdi. Belə hallarda birinci xahişdən sonra marağın niyə birdən-birə itdiyini izah etmək üçün çoxlu bəhanələr hazırlamağa ehtiyac qalmırdı.
Qeyd edək ki, anası qızı üçün uğurlu ər tapa bilmişdi. Bavariya şahzadəsi Avstriya İmperatoru I Frans İosifə ərə getmişdi. Onun evlilik tarixi 24 aprel 1854-cü ilə təsadüf edir. Onun əri 8 iyun 1867-ci ildən Avstriya-Macarıstan iperatoru adlandırıldığından Macarıstanın kraliça konsortu kimi də tarixə düşmüşdü. Bavariyalı şahzadə yaxınları tərəfindən Sisi kimi tanınmağa başladı. Ona həmçinin Avstriyalı Elizabet kimi çağırırdılar.

Yeri gəlmişkən, Azərbaycan reallığında da oliqarxlar, yüksək çinli məmurlar arasında da qohumluq əlaqələri aşağı-yuxarı bu prinsiplə həyata keçirilir. Ona görə də tam əminliklə demək olar ki, nəinki Qərbdə, eləcə də qoca Şərqdə, o cümlədən Avropanın qapısı sayılan Azərbaycanda da əri necə seçməyi bacaran yuxarı təbəqəni təmsil edən ailələr olub və bundan sonra da olacaq.
Hazladı: Natiq Səlim,
KONKRET.az
