Qlobal istiləşmənin fəsadları: Dağlarda yağıntıların miqdarı 15% artacaqbackend

Qlobal istiləşmənin fəsadları: Dağlarda yağıntıların miqdarı 15% artacaq

ABŞ-dan olan klimatoloqlar müəyyən ediblər ki, qlobal istiləşmənin hər bir dərəcəsi dağlarda güclü yağışların tezliyini təxminən 15% artıracaq.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Lourens Berkli Milli Laboratoriyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, əsrin sonuna qədər dağlıq bölgələrdə daşqınların, sürüşmələrin və digər təbii fəlakətlərin sayını artıra bilər.

Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

“Dünya əhalisinin təxminən dörddə biri planetin dağlıq bölgələrində yaşayır. Bu risk onlara birbaşa təsir edəcək. Yağıntının miqdarı artır. Eyni temp 1950-ci ildən 2019-cu ilə qədər olan məlumatlarda da müşahidə olunub”, – tədqiqatçı Muhammed Ombadi deyib.

O qeyd edib ki, bu, ekstremal hava hadisələri adlanan qlobal istiləşmənin nəticələrindən biridir. Keçən il Avropada baş verən daşqınlar, bu yay ABŞ və Avropada baş verən isti dalğaları bunun bariz nümunəsidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*