Monqollarla bir çox türk xalqları arasında zahiri daxili oxşarlıqları var. Tarixçilər daim xalqlar arasında mövcud olan bu oxşarlıqların səbəblərini araşdırıblar.
KONKRET.az bu dəfə kalmıklarla monqollar arasındakı oxşar və fərqli cəhətləri təqdim edir.
Bəzi tarixçilərə görə kalmıklarla monqollar yaxın xalq sayılsa da, aralarında ciddi fərqlər mövcuddur. Belə ki, monqollar və kalmıkların əcdadları olan oyratlar ayrı-ayrılıqda formalaşmışlar.
“Çingiz xanın dövründə monqollar oyratlar üzərində cəmi 150 ildən artıq hökmranlıq edə bildilər. Lakin bundan sonra 18-ci əsrin ortalarına qədər Oyrat hegemonluğu davam edib.
Eramızın II minilliyinin əvvəllərində monqol tayfaları Avrasiya çöllərinin şərq hissəsində yaşayırdılar. O dövrdə tatarlar ən güclü, eləcə də bir sıra köçəri qəbilələri birləşdirmişdi. Bu birləşmiş qəbilələrin başında Borjigin klanı dururdu. Müəyyən dövrdən sonra bu xalq monqol adını aldı.
Onların şimalında “meşə xalqları” adlı insanlar yaşayırdı. Əlbəttə, bu etnik deyil, coğrafi ad kimi tarixçilər tətəfindən xarakterizə edilir. Onlara həm türklər, həm tunquslar, həm də monqolların özləri, həm də onların mürəkkəb siyasi ittifaqları daxil ola bilərdi. Ehtimal olunur ki, kalmıkların əcdadları olan oyratların monqollarla qohumluq əlaqələri qarışıq mənşəli Buryatların əcdadlarından gəlir.
Oyratların fəthinə şəxsən Çingiz xanın böyük oğlu və Qızıl Ordanın banisi Cuci rəhbərlik edirdi. Bu, 1206-cı ildə Monqol İmperiyası elan edildikdən sonra baş verdi. 13-cü əsrdə onlar cənuba mühacirət edərək Monqolustanın qərb hissəsində və Qazaxıstanın şərqində məskunlaşan oyratlar yalnız 1368-ci ildən sonra monqollar Çindən qovulanda onları məğlub edə bildilər. Təxminən o zamanlar oyratların türk qonşuları onlara “ayrılmış” mənasını verən “kalmıklar” ləqəbini verirdilər. Oyratların bir qolu Aşağı Volqa bölgəsinə köçdü. Yerdə qalan xalq isə monqolların içində əriyib yox oldu.
Odur ki, kalmıklar və monqollar yaxın qohum olsalar da, fərqli siyasi tarixə və onların formalaşmasına təsir etmiş tayfaların fərqli tərkibinə malikdirlər.
Kalmıklar və monqollar monqol xalqlarının müvafiq olaraq qərb və şərq qollarının nümayəndələridir. Buna görə də onlar bir-biri ilə təxminən Qərb və Şərqi slavyanlar və ya ruslarla polyaklar kimi qohumdurlar. Amma burada bir mühüm məqam var: XVII əsrin əvvəllərinə qədər onlar eyni coğrafi bölgədə yaşayıblar və buna görə də dilləri bir-birinə çox yaxındır. Bu iki xalqın ümumi köçəri mədəniyyəti bir çox başqa oxşarlıqlara səbəb oldu.
Kalmıklar və monqollar müxtəlif vaxtlarda Buddizmi qəbul etmişdi. Müəyyən monqol qrupları arasında bu inanca keçmək cəhdləri artıq 16-cı əsrin ortalarında edilmişdi.
Lakin oyratlar üçün bu proses nəhayət 1640-cı illərdə və daha sonra başa çatdı və bu, rahib Zay Panditin fəaliyyəti və Çöl Məcəlləsinin qəbulu ilə əlaqədar idi.
Şərqi monqollar eyni zamanda eyni prosesləri, lakin daha yavaş keçirdilər. Buddizmə tam keçid artıq Mançu hökmranlığı dövründə həyata keçirildi. Buna görə də kalmıklar daha dərin bir inanca sahibdirlər, monqollarda isə bir çox şamanizm ənənələri var.
Kalmıklara daha çox türklər, sonra isə ruslar, monqollara isə çinlilər mühüm təsir göstərib. Bu səbəbdən kalmık dilində türk sözləri həddindən artıq çoxdur.
Kalmıkların özləri bir xalq olaraq daha müasir və şəhər həyatına öyrəşiblər. Monqollar isə əsasən kənd əhalisidir və yüz illər əvvəl olduğu kimi köçəri yaşayırlar. Yalnız sovet dövründə onların arasında məskunlaşma məhdud dərəcədə artdı.
Monqollar monqol, həmçinin qismən türk və tunqus-mançu qəbilə və tayfalarından ibarət nisbətən böyük xalqdır. Onlar müxtəlif genlərə və fərqli görünüşlərə malik ola bilərlər. Kalmıklar sayca azdır, bu baxımdan daha monolitdirlər.
Yeri gəlmişkən, qeyri-adi, lakin çox parlaq və maraqlı bir fərq var. Bu kalmıkların geyimində mühüm atribut olan qırmızı qotazdır. Hələ 1437-ci ildə oyrat şahzadəsi Toqon-taişi tərəfindən belə fərman verildi ki, onun xalqı ənənəvi baş geyimlərində qırmızı qotazı əlavə etməlidir.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
