Qondarma rejim təşviş içində: “Azərbaycanlılar irəliləməkdə davam edir”backend

Qondarma rejim təşviş içində: "Azərbaycanlılar irəliləməkdə davam edir"

Ermənistanın “Hraparak” qəzeti belə bir məlumat dərc edib ki, rusiyalı sülhməramlılar Azərbaycan hərbçilərini öz mövqelərinə qaytara bilməyiblər. Əksinə, Azərbaycan tərəfi yavaş-yavaş Qarabağın dağlıq hissəsinə irəliləməkdədir.

KONKRET.az xəbər verir ki, qondarma “Artsax”dan sızdırılan bu informasiyada Azərbaycan Ordusunun yeni postlar tutduğu qeyd olunub.

Qəzetin yazdığına görə, qondarma rejimin erməni əhalisində məyusluq da var. Çünki son hadisələr Paşinyan hökumətinin “Miatsum” ideologiyasından əl çəkdiyinə dəlalət edir.

“Hraparak”ın yaydığı bu xəbər çox güman ki, ya Babayan, ya da elə Arutyunyanın sızdırdığı “tezis”lərdəndir. Çünki hazırda Qarabağda olan 20-25 min erməninin çoxu Ermənistanın səfil və evsiz sakinləridir. Qarabağ ermənilərinin əksəriyyəti 44 günlük savaşdan sonra İrəvan yataqxanalarında, bir qismi də xarici ölkələrdə məskunlaşıb. Həm də ağıllı-başlı ermənilər Azərbaycan vətəndaşı olmaq istəyirlər. Sübut kimi, I Qarabağ savaşından sonra ad-soyadlarını dəyişib Ermənistana qayıtmayan və Azərbaycanda yaşayan erməniləri göstərmək olar.

Anar Rəhimov,

KONKRET.az

  • Glory
    Yanvar 3, 2023 - 05:50

    Освен това Аруба е участник в множество международни компании като Международния валутен фонд, както и Интерпол.

    Review my website :: плаж фламинго аруба

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*