“Nə qədər inkar etməyə çalışsalar da, bir il əvvəlki Praqa bəyanatı Qarabağın ölüm sənədidir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Hayk Mamicanyan yerli mətbuata açıqlamasında deyib:
“Dəfələrlə demişəm ki, şifahi bəyanatı dövlətin dəqiq mövqeyi hesab etmək olmaz.
Bu, sadəcə cəfəngiyyatdır.
Azərbaycan Qranadaya getməyib, amma Paşinyan Azərbaycanın maraqlarına uyğun bəyannaməyə imza atıb. İndi Paşinyan və tərəfdarları Qranadada qələbə qazandıqları haqqında car çəkirlər. Amma Qranada erməni diplomatiyasının təhşətli məğlubiyyəti idi. Bu adamlar təqdim etməyə çalışırlar ki, guya suverenliyi xilas edirlər. Amma hamıya aydın olsun deyə bir daha xatırlatmaq istəyirəm ki, Paşinyan gələnə qədər Ermənistanın suverenliyi şübhə altında deyildi. O gəldi, problemlər yaratdı, indi də qəhrəmanlıq edib bunun öhdəsindən gəlməyə çalışır”.
Vəli Həsənov,
KONKRET.az