Nikol Paşinyana xidmət edən oliqarxlar Rusiyaya tətbiq edilən sanksiyalar hesabına kəskin varlanıb. Nikol Paşinyan Ermənistanı Aİİ-dən çıxarsa KTMT məsələsi necə həll olunacaq?
KONKRET.az xəbər verir ki, bunu politoloq Qriqor Balasanyan “168TV”- nin efirində deyib:
“Mən Paşinyanın KTMT-dən çıxacağına inanmıram. Əgər bu baş versə dərhal Aİİ-dən çıxmaq məsələsi gündəmə gətiriləcək. Bununla da, Ermənistan Aİİ üzvlüyünə görə malik olduğu maliyyə axınlarından məhrum olacaq. Nəhəng oliqarx dairəsi Aİİ-nin idxal-ixrac imkanları hesabına, qızılın idxalı və ixracı hesabına milyonlar qazanır”. Balasanyan KTMT-dən çıxan Ermənistanın Aİİ-nin rüsumsuz opsionu çərçivəsində ölkənin iyun ayında ərik ixrac edə bilməyəcəyi vəziyyətini təsəvvür etməyi təklif edib. Balasanyanın fikrincə, bu və buna bənzər misallar Ermənistan iqtisadiyyatının nə ilə üzləşəcəyini anlamaq üçün kifayətdir: “Bura atom elektrik stansiyası və qaz məsələsi də əlavə olunacaq. Ermənistan buna hazırdırmı?”, – deyə Balasanyan bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az