Quba-Bakı yolunda yük maşını qəzaya uğradıbackend

Quba-Bakı yolunda yük maşını qəzaya uğradı

Bu gün Quba – Bakı magistral yolunda yük avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.

KONKRET.az-ın məlumatına görə, hadisə magistral yolun Qaraçay kəndi ərazisində qeydə alınıb.

Belə ki, “60-AC-367” dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətdə olarkən nəqliyyat vasitəsinin təkəri partlayıb.

Nəticədə, kənd təsərrüfatı gübrələri ilə yüklənmiş avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobilə və yükə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*