backend

Qubaya istirahətə getdi - ürəktutmasından dünyasını dəyişdi - FOTO

Qubada istirahət mərkəzlərindən birində Bakı şəhər sakini Soltanov Vaqif Cəni oğlu ürəktutmasından vəfat edib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, 1950-ci il təvəllüdlü Vaqif Soltanov Nəsimi rayon, B.Məcidov küçəsi, ev 126-da qeydiyyatdadır. O, Qubaya istirahət etmək üçün gəlmişdi və gün ərzində özünü olduqca pis hiss edirmiş. Sonra xəstənin qəflətən ürəyi dayandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*