Quraqlıq səbəbindən sudan istifadəyə MƏHDUDİYYƏT QOYULDUbackend

Quraqlıq səbəbindən sudan istifadəyə MƏHDUDİYYƏT QOYULDU

İspaniyada şiddətli quraqlıq səbəbindən sudan istifadəyə məhdudiyyətlər qoyulub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya hökuməti keçən həftə İspaniyanın Fransa ilə sərhədi yaxınlığındakı 22 kənddə sudan istifadəyə məhdudiyyətlər qoyub.

Qeyd olunub ki, buna səbəb kəndləri qidalandıran su anbarının boşalmasıdır.

İspaniya 2023-cü ilin ilk dörd ayında quraqlıqla üzləşib. Belə ki, quraqlıq ölkənin cənubundakı Kataloniya və Əndəlusa daha çox təsir edib.

İspaniyanın “AEMET” meteorologiya agentliyinin sözçüsü Ruben del Kamponun sözlərinə görə, bu yay ölkədə və bütün Avropada qeydə alınan bir neçə istilik dalğası quraqlığı daha da gücləndirib. Buxarlanma və su istehlakı artdıqca anbarlarda suyun səviyyəsi aşağı düşüb.

Məlumata görə, 25 min nəfər əhalisi olan Kataloniyanın cənubunda 22 kənd su problemi ilə üzləşib. Bu o deməkdir ki, su istehlakı əvvəlki 230 litr limitlə müqayisədə hər bir sakin üçün orta hesabla 200 litrə endiriləcək.

Səlahiyyətlilər hələ də insanların su istehlakını məhdudlaşdırmır, lakin kənd təsərrüfatı məqsədləri üçün suvarma böyük ölçüdə qadağan ediləcək. Sənaye məqsədləri üçün sudan istifadə isə 25% azaldılacaq.

Belə ki, 900 nəfər əhalisi olan Aqullana kəndi aylardır su sərfiyyatını 200 litrdən aşağı saxlasa da, bələdiyyə sədri Josep Yovell əlavə addımların atılacağını bildirib.

O əlavə edib ki, küçələrin təmizlənməsi üçün su istifadə edilməyəcək, yalnız kimyəvi təmizləmə aparılacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*