16 yaşlı şəxsin gölməçədə boğularaq ölməsi faktı ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma başlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, avqustun 20-də Qusar rayonu, Əniğ kəndi ərazisində yerləşən gölməçədə 2006-cı il təvəllüdlü Tural Fərzəliyevin boğularaq ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
