Ramil Usubov Patruşevlə görüşdübackend

Ramil Usubov Patruşevlə görüşdü

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.

Görüşdə regional təhlükəsizlik, informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə edilib.

Bildirilib ki, Moskvada keçirilən görüş MDB təhlükəsizlik şuraları katiblərinin onuncu illik toplantısı çərçivəsində baş tutub.

Qeyd edək ki, Patruşev Ermənistandan olan həmkarı Armen Qriqoryanla da görüş keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*