Ramiz Mehdiyevin kürəkəni hakimdən nə xahiş etdi?backend

Ramiz Mehdiyevin kürəkəni hakimdən nə xahiş etdi?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev AXCP sədri Əli Kərimlinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində ifadə verib.

KONKRET.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında İlham Əliyev ittiham aktında qeyd olunan məsələlərə dair suallara cavab verib.

İlham Əliyev məhkəmə kollegiyasından cinayət işində şahid qismində tanınan həyat yoldaşının prosesə çağırılmamasını xahiş edib.

O bildirib ki, baş verən hadisələrdən sonra həyat yoldaşının vəziyyəti ağırlaşıb, ağır depressiyaya düşüb və hazırda antidepressant preparatlar qəbul edir.

Kürəkəninin sözlərinə görə, həyat yoldaşının səhhəti ağır olduğundan onun məhkəmə prosesinə çağırılmasını istəmir.

Qeyd edək ki, məhkəmədə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə bərabər oğlu Timur Mehdiyev də iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*