Ramiz Mehdiyevin qohumuna yeni VƏZİFƏ VERİLDİbackend

Ramiz Mehdiyevin qohumuna yeni VƏZİFƏ VERİLDİ

Bir müddət öncə kompleks yoxlamalardan sonra vəzifəsindən çıxarılaraq sərəncama götürülən Suraxanı RPİ 31-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı İman Mehdiyevə yeni vəzifə verilib.

KONKRET.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İman Mehdiyev nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Bölmə rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət öncə Suraxanı RPİ-yə rəis təyin edilən Süleyman Nemətov idarəyə kompleks yoxlama çağırıb və nəticədə bir sıra yüksək rütbəli polislər vəzifədən çıxarılaraq sərəncama götürülmüşdü. Onlardan biri də 31 Polis Bölməsinin rəisi İman Mehdiyev idi.

İ.Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin qohumu, qardaşı oğlu olduğu bildirilir.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*