“Red Bull” qabları toplayıb satan dövlət məmuru kimdir? – VİDEObackend

“Red Bull” qabları toplayıb satan dövlət məmuru kimdir? - VİDEO

Küçələri zibilə və kanalizasiya sularına qərq olan Xudat

 

Soruşa bilərsiniz ki, bu çirkab dolu şəhərin “Red bull” qablarına nə aidyyatı var? Burada təəccüblü heç nə yoxdur. Şəhərin təmizliyinə cavabdeh olan qurumun rəhbərliyi işçilərinə belə bir “kreativ” göstəriş verib: Zibilxanalarda olan “Redd bull” qablarını toplayın”. Toplanan bu tullantılar hansısa bir müəssisəyə satılır. Bu proses mütamadi olaraq davam edir. Məişət tullantılarını təmizləmək əvəzinə qurumun yaşıllaşdırma idarəsinin 30-dan çox işçisi zibillikləri ələk-vələk edib “red bull” qabları axtarır. Hətta bu işin fasiləsiz və nöqsansız həyata keçirilməsi üçün idarənin bir neçə əməkdaşı da vəzifələndirilib.

“Küçədə bir ədəd boş “Red bull” qabı görsəm, məndən inciməyin”.

Bəli, nə qədər gülməli səslənsə də, şəhər meri Akif Mərdanov bu sözü yaşıllaşdırma idarəsi ilə keçirdiyi iclasların birində səsləndirib. Şəkillərdən də gördüyünüz kimi, şəhərdə aşıb-daşan zibillikləri, kanalizasiya sularını yığışdırıb abadlaşdırmaq əvəzinə, işçilərə “Red bull” qabı toplamaq tapşırığı verir. Artıq bu məsələ şəhər sakinlərinin dilində gəzib-dolaşan yumora çevrilib.

Əvvəllər Xudat şəhər bələdiyyəsinin üzvü olan Xudat şəhər sakini Etibar Məcidovun sözlərinə görə merin bu maraqlı işi görməsinin arxasında pul dayanır. O, hansısa bir müəssisə ilə müqavilə bağlayıb. Toplayıb yığdığı “red bull” qablarını həmin şirkətə satırmış. Bu səbəbdən həm müqavilənin tələblərinə riayət etmək, həm də pul qazanmaq üçün tabeçiliyində olan işçiləri bu işə səfərbər edib. Qeyd edək ki, Akif Mərdanov əvvəllər Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Cəlal Fərzəliyev,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*