“Rəfaha əlavə qüvvələr daxil olacaq” – İsrailin müdafiə naziribackend

"Rəfaha əlavə qüvvələr daxil olacaq" - İsrailin müdafiə naziri

İsrailin müdafiə naziri Yoav Qalant Rəfaha əlavə İsrail hərbçilərinin daxil olacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.

Qalant bildirib ki, əməliyyat Rəfah bölgəsinə əlavə qüvvələr daxil olduqdan sonra davam edəcək.

“HƏMAS-ın yenidən təşkilatlanma qabiliyyəti yoxdur, onların nə ehtiyat qoşunları, nə təchizatları, nə də mübarizə qabiliyyəti var”, – deyə Qalant bildirib.

Qeyd edək ki, bu ayın əvvəlində İsrailin əsas müttəfiqi olan ABŞ-ın mülki əhalinin təhlükəsizliyi ilə bağlı etirazlarına baxmayaraq, İsrail qüvvələri Qəzza zolağının Misirlə sərhədindəki Rəfah keçidinə nəzarəti ələ keçirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*