“Regionda ciddi müzakirələr gedir, Ermənistan kənarda qalıb”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, Azərbaycanşünas Tatevik Ayrapetyan Telegram səhifəsində yazıb.
“Əliyev şənbə günü Türkiyəyə gedib. Putin-Ərdoğan telefon danışığı bazar günü baş tutub. Bu, son 4 gündə 2-ci söhbət olub.
Lavrov sabah Bakıya gedəcək. Yaxın vaxtlarda İran xarici işlər nazirinin Moskvaya səfəri gözlənilir.
Görünən odur ki, regionda ciddi müzakirələr gedir. Əminəm ki, mərkəzi məsələlərdən biri Laçın dəhlizi və Zəngəzurdan keçə biləcək yol mövzusudur.
Ermənistan, təbii ki, bu müzakirələrdən kənarda qalıb. Siz müzakirənin bir hissəsi olmadıqda, sizin üçün vacib olan məsələlər başqalarının alver obyektinə çevrilir”, – deyə Ayrapetyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
