Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev “Lenta.ru”ya müsahibəsində iki ölkə arasında münasibətlərdə kəskin böhran fazasının arxada qaldığını, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında müsbət dinamikaya qayıdıldığını bildirib.
KONKRET.az xəbər verir ki, səfir bəzi rusiyalı bloqer və KİV-lərin mənfi informasiya fonundan, həmçinin Rusiyadakı azərbaycanlı icmasına təzyiqlərdən, qanunsuz vətəndaşlıqdan məhretmə hallarından və Yekaterinburqdakı faciəvi insidentdən narahatlıq ifadə edərək, Bakının bu məsələlərdə Moskvanın prinsipial reaksiya göstərməsini gözlədiyini vurğulayıb.
Mustafayev Bakının Ukraynanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair dəyişməz mövqeyini təsdiqləyib, həmçinin tələb olacağı təqdirdə təmaslar üçün platforma rolunu nəzərdən keçirə biləcəklərini qeyd edib.
Diplomat 2024-ün dekabrındakı AZAL təyyarəsi ilə bağlı bütün məsələlərin, o cümlədən kompensasiyaların 2025-ci ilin aprelində Düşənbədəki razılaşmalara əsasən tam tənzimləndiyini və bu səhifənin bağlandığını bildirib.
Əlaqələrin bərpasının göstəricisi kimi 2026-cı ilin yeddi ayında 30 yüksək səviyyəli səfərin baş tutduğu qeyd edilib, həmçinin Azərbaycan və Rusiyanın üç şəhəri arasında AZAL-ın birbaşa reyslərinin bərpa olunacağı açıqlanıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
