Rəmişin xanımı da koronavirusa yoluxub?backend

Rəmişin xanımı da koronavirusa yoluxub?

Xəbər verdiyimiz kimi, bu gün Rəmiş kimi tanınan Xalq artisti Rafiq Hüseynov vəfat edib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə mətbuat nümayəndəsi bu məqsədlə mərhumun müalicə aldığı xəstəxananın qarşısına gedərək reportaj hazırlayıb. Rəmişin həyat yoldaşı Gülü Hüseynova jurnalistlərə açıqlama verib, onun xəstəliyi ilə bağlı danışıb.

Bir müddət əvvəl isə məlum olub ki, mərhum sənətkar COVİD-19 virusuna yoluxubmuş. Bu barədə Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov Lent.az-a açıqlamasında bidirib. Həkim həmçinin bildirib ki, Rəmişin xanımı Gülü Hüseynova da hazırda COVİD xəstəsidir:

“Rafiq Hüseynov ilk günlər xəstəxanaya gələrkən koronavirus infeksiyasına yoluxmamışdı. O, qaraciyər serrozundan və ağciyər xəstəliklərindən əziyyət çəkirdi. Novruz bayramı ərəfəsində həyat yoldaşı Gülü xanım yanına gəlib-getdi və bundan sonra səhhətindəki şikayətlər çoxaldı. Müalicə gedişatında Rafiq Hüseynovun COVİD-19 xəstəsi olduğu məlum oldu. Koronavirusa yoluxması onun yanaşı xəstəliklərini daha da şiddətləndirdi. Xalq artistinin həyat yoldaşı Gülü Hüseynova hazırda COVID -19 xəstəsidir”.

Bəs maraqlıdır ki, G.Hüseynova həkimin dediyi kimi, koronavirusa yoluxubsa, bu qədər jurnalistin qarşısına niyə çıxıb?

Əslində isə koronavirus xəstələri xəstəliyi yüngül keçirdikləri halda, evdə müalicə ala bilsələr də onların heç bir halda ictimaiyyət arasına çıxmağa icazəsi yoxdur. Belə xəstələr sağalana qədər özünü təcrid etməli və heç kimlə görüşməməlidirlər. Bununla bağlı aidiyyatı qurumlardan hətta həmin xəstələrin özünə xəbərdarlıq mesajı da göndərilir. Bu qaydanı pozduqları halda sözügedən xəstələr inzibati məsuliyyətə cəlb edilirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB-lə əlaqə saxlasaq da, heç bir qurum açıqlama vermək istəmədi.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*