Rişi Sunak üzr istədibackend

Rişi Sunak üzr istədi

Britaniyanın baş naziri Rişi Sunak xəstələrin donor qanı ilə çirklənməsi ilə bağlı həqiqətin üzə çıxmasından sonra hökumət adından zərərçəkmiş ailələrdən üzr istəyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britanya hökumətinin saytında məlumat verilib: “Bu, Britaniya dövləti üçün utanc günüdür”.

Britaniyada 1970-ci illərdə qan köçürülməsindən sonra minlərlə pasientin HİV və hepatitə yoluxması ilə bağlı araşdırmadan sonra hesabat dərc edilib. Bildirilib ki, iyirmi il ərzində 30 min insan hepatit C və ya HİV-ə yoluxub, onlardan üç mini ölüb.

“Tam həqiqət hər kəs üçün əlçatandır. Hesabat göstərir ki, milli həyatımızın kökündə onilliklər ərzində davam edən mənəvi iflas dayanır. Milli Səhiyyə Xidmətindən tutmuş dövlət qulluğuna, bir-birini əvəzləyən hökumətlərdəki nazirlərə qədər”, – deyə Sunak bildirib.

Vəziyyəti şərh edən Sunak söyləyib ki, araşdırmanın nəticəsi milləti kökündən sarsıtmalıdır, çünki infeksiyaların qarşısı asanlıqla alınmalı idi. Bunun əvəzində hakimiyyət onilliklər ərzində “mənəvi uğursuzluq” nümayiş etdirib.

Qeyd edək ki, bundan öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge bildirmişdi ki, Avropa dünyada ən sürətli HİV epidemiyası olan regiona çevrilib. Halbuki burada belə xəstəliklə mübarizə üçün bütün vasitələr mövcuddur.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*