Ronaldo yenə ən yaxşı seçildibackend

Ronaldo yenə ən yaxşı seçildi

Səudiyyə Ərəbistanı çempionatında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

KONKRET.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına “Əl Nəssr”in hücumçusu Kriştiano Ronaldo layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı hücumçu azarkeşlər arasında keçirilən sorğuda qalib olub.

Qeyd edək ki, Kriştiano Ronaldo ölkə çempionatında sentyabr ayı ərzində meydana çıxdığı 4 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Əlavə edək ki, Ronaldo avqust ayının da ən yaxşı oyunçusu seçilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*