Röya Ayxan Türkiyədə qazilərimizə baş çəkdi – FOTObackend

Röya Ayxan Türkiyədə qazilərimizə baş çəkdi - FOTO

Xalq artisti Röya Ayxan Türkiyəyə müalicə üçün göndərilən yaralı qazilərimizi ziyarət edib.

KONKRET.az xəbər verir ki, müğənni İstanbulda hərbçilərimizin olduğu xəstəxanaya gedərək onlara baş çəkib, səhhətləri ilə maraqlanıb:

“Bu gün müalicə üçün Türkiyəyə gətirilən qazilərimizə baş çəkdim, çalışdım ki, onları yormadan bir az söhbət edim. İnanın, sağalmaq eşqi ilə ürəkləri döyünür. Mən çox ümidliyəm, onlar kimi… Əhval -ruhiyyələri də yüksəkdir. Ailələrinə sağlam şəkildə qovuşacaqları günü gözləyirlər. Onlara daim dəstək göstərən cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram. Bu oğullarımız əmin əllərdədi. Üstəgəl xalq da ordusunun arxasındadır. Onların da dəstəyi danılmazdır. Vətəndaşlarımızın “YAŞAT” fonduna etdiyi ianələr sayəsində neçə igidlər sağlamlığına qovuşur! Hər kəsə minnətdaram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*