İngiltərənin Kent qraflığında yerləşən və ruhlarla bağlı əfsanələri ilə tanınan “The George Inn” barı satışa çıxarılıb.
KONKRET.az xəbər verir ki, müəssisə Stelling Minnis kəndində yerləşir. XIX əsrə aid bina tarixi abidə kimi tanınır və hazırda hərraca çıxarılıb. Barın ilkin satış qiyməti 320 min funt sterlinq təşkil edir.
Barın müştəriləri və yerli sakinlər bir neçə ildir ki, barın yaxınlığında boğuq səslər eşitdiklərini, içəridə isə XVIII əsr geyimində bir fiqur gördüklərini iddia edirlər.
Yerli əfsanəyə görə, bu səslər 1170-ci ildə Kenterberi Katedralında arxiyepiskop Tomas Bekketi öldürən dörd cəngavərlə əlaqələndirilir. Rəvayətə əsasən, həmin cəngavərlər qətldən əvvəl barın yanından keçiblər.
Qeyd edək ki, daha əvvəl Belarusun Dolqaya kəndində yeddi boş ev 315 Belarus rubluna satışa çıxarılmışdı.
Rəsmiyyə Şərifova,
KONKRET.az
