Ruhullah Xomeyninin ABŞ-la gizli danışıqları ORTAYA ÇIXDI: Görün prezidentdən nə istəyib… – FOTObackend

Ruhullah Xomeyninin ABŞ-la gizli danışıqları ORTAYA ÇIXDI: Görün prezidentdən nə istəyib... - FOTO

İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin Şah devrilməzdən əvvəl ABŞ-la gizli danışıqlar apardığı iddia olunur.

KONKRET.az xəbər verir ki, BBCnin məlumatına görə, o, 1979-cu ilin yanvarında Cimmi Karter administrasiyasına mesaj göndərərək belə deyib: “İran ordusu sizə, xalq isə mənə qulaq asır.”

İddiaya əsasən, Xomeyni ABŞ-dan hakimiyyətə gəlməsinə dəstək istəyib, əvəzində ölkədə sabitliyi təmin etməyi və Amerika maraqlarını qorumağı vəd verib.

ABŞ arxivlərindən yayılan sənədlər bu təmasların Fransada sürgündə olduğu dövrdə baş verdiyini göstərir. Bəzi ekspertlər bildirir ki, Vaşinqton Şahın hakimiyyətdə qala bilməyəcəyini anlayanda alternativ kimi Xomeynini nəzərdən keçirib.
Lakin İran hakimiyyəti bu iddiaları təkzib edir və sənədlərin saxta olduğunu bildirir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*