“Rus çəkmələrinin torpaqlarımı tapdalamasına görə özümü günahkar hiss edirəm”backend

"Rus çəkmələrinin torpaqlarımı tapdalamasına görə özümü günahkar hiss edirəm"

Natalya Vasko. Ukraynanın ən tanınmış aktrisalarından biri.  “Qəhvə ətri ilə sevgi”, “Otel Edelveys”, “Hər şey mümkündür” və digər seriallarda rol alan ukraynalı aktrisa rusların Ukrayna filmlərində rol almasına icazə verdiyinə görə ukraynalılardan üzr istəməyə hazır olduğunu bildirib.   

KONKRET.az xəbər verir ki, əvvəllər tanınmış aktrisa rus teleseriallarında çəkilir və başqa layihələrdə iştirak edirdi.

Lakin 24 fevral 2022-ci ildən sonra aktrisa mövqeyini açıq şəkildə bildirməyə başladı. Böyük müharibənin ilk günündə o, Facebook-da onlarla işlədiyinə görə hər bir ukraynalıdan üzr istəyən bir yazı yerləşdirdi.

“Rus çəkmələrinin torpaqlarımı tapdalamasına görə özümü günahkar hiss edirəm. Hələ 2014-cü ildən onlardan şübhələnirdim. Çünki rusların inancı yoxdur. Bunu aktyor dostlarıma da demişəm”.

Aktrisa deyir ki, o vaxt da ruslardan mümkün qədər uzaqlaşmaq lazım idi. Aktrisa inanır ki, onların imanları yoxdur, çünki istənilən vəziyyətdə doğmalarını, dostlarını, müttəfiqlərini aldada bilərlər.

“Yaxşı rus” axtarmağa ehtiyac yoxdur. Onlar həmişə sizə tərəf balta ilə dönəcəklər. Onların inancı sizi öldürməkdir”.

Vasko Rusiya layihələrində işləməkdən peşman olduğunu bildirib. Lakin o, bunu Ukraynada demək olar ki, heç bir işinin olmaması ilə izah edir.

Xatırladaq ki, bir müddət əvvəl aktrisa Natalya Vasko demişdi ki, ukraynalılar hər zaman “qurban paltarı geyindirirlər”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*