Rus generalın ölümü ilə bağlı şok versiya: Şəxsi hesablaşma…backend

Rus generalın ölümü ilə bağlı şok versiya: Şəxsi hesablaşma...

Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin öldürülməsi ilə bağlı 3 versiya irəli sürüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı FTX-dəki mənbələrə istinadla məlumat yayıb.

“Üç versiya var. Düşmən təxribatı, şəxsi hesablaşma və Ukrayna münaqişəsində sülh prosesini pozmaq istəyən daxili düşmənlərin fəaliyyəti. Prioritet versiya hələ yoxdur, araşdırma gedir”, – mənbə bildirib.

Qeyd edək ki, Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobilinin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*