“Rus ordusu Lisiçansk yaxınlığındakı yaşayış məntəqələrini ələ keçirdi” – KADIROVbackend

“Rus ordusu Lisiçansk yaxınlığındakı yaşayış məntəqələrini ələ keçirdi” – KADIROV

Severodonetsk və Lisiçansk ətrafındakı bütün yaşayış məntəqələri praktiki olaraq ələ keçirilib və ya mühasirəyə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Telegram kanalında yazıb.

“Axmat” xüsusi dəstəsinin və “LXR-nin Xalq Milisi”nin döyüşçüləri Luqansk istiqamətində uğurla döyüşürlər. Severodonetsk və Lisiçansk ətrafındakı demək olar ki, bütün yaşayış məntəqələri ya ələ keçirilib, ya da mühasirəyə alınıb. Bu yaşayış məntəqələrindən biri Voronovodur. 74-cü batalyonun birinci rotasının ukraynalı əsgərləri oradan qaçmaq üçün az qala sürünürlər”, – Kadırov qeyd edib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*