Rus zabit Litvada siyasi sığınacaq üçün müraciət etdibackend

Rus zabit Litvada siyasi sığınacaq üçün müraciət etdi

Rusiya Silahlı Qüvvələrinin leytenantı İvan Korolev qanunsuz olaraq Litva sərhədini keçərək siyasi sığınacaq istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb.

“Avqustun 3-də dövlətimin açdığı qanlı müharibədə iştirak etmək istəmədiyim üçün Rusiya Federasiyasını tərk etmək qərarına gəldim. Hazırda mən siyasi sığınacaq istədiyim Litva Respublikasındayam”, – deyə Korolev bildirib.

Nəşrin məlumatına görə, Korolyov avqustun 10-da Vilnüs avtovağzalında sərhədçilər tərəfindən saxlanılıb və siyasi sığınacaq üçün müraciət etdiyi sərhəd-keçid məntəqəsinə qaytarılıb. Bildirilir ki, bu gün ölkə hakimiyyəti onu qəbul edib. İndi o, Pabradedəki miqrasiya mərkəzində qərar gözləyirlər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*