Rusiya “Avroviziya”nın yeni versiyasını YARADACAQbackend

Rusiya "Avroviziya"nın yeni versiyasını YARADACAQ

Rusiya “Avroviziya”nın yeni versiyasını yaratmaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Sergey Kolunov məlumat verib.

“Rusiya “Avroviziya”nın öz versiyasını yaratmalı və onu beynəlxalq müsabiqəyə çevirməlidir”, – Kolunov deyib.

Onun sözlərinə görə, Rusiyanın “siyasi motivli” qərarlara görə beynəlxalq yarışlarda iştirak etməsinin mənası yoxdur.

“Deməli, bizə alternativ lazımdır. Yeni mahnı müsabiqəsi “Avroviziya” kimi beynəlxalq xarakter almalıdır. Lakin müsabiqədə yalnız dost ölkələrin müğənnilərinin iştirakına icazə verilməlidir”, – deyə rusiyalı deputat bildirib.

“Eyni zamanda, mahnı müsabiqəsinin iştirakçıları ingilisdilli musiqinin bir daha yayılmaması üçün yalnız rus dilində çıxış etməlidirlər”, – deyə o qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*