“Rusiya İsveçin NATO-ya daxil olmasının qarşısını almaq üçün səylər göstərir və resurslar yatırır”.
KONKRET.az xəbər verir ki, bunu SVT telekanalına müsahibəsində İsveç Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Tomas Nilsson deyib.
O, bildirib ki, Moskva İsveçdə ictimai rəyə və qərarların qəbuluna təsir etmək istəyir.
Nilssonun sözlərinə görə, Rusiyanın İsveçə qarşı hibrid əməliyyatlarının arxasında həm Rusiya dövlətinin özü, həm də onun etibarlı şəxsləri dayanır.
Nilsson İsveçin NATO-ya üzv olacağı təqdirdə Rusiya rəsmilərinin hərbi-texniki tədbirlərlə bağlı açıqlamalarını İsveçə təsir nümunəsi adlandırıb. O, həmçinin bildirib ki, son bir il ərzində İsveçdə bir sıra qorunan obyektlərdə bəzi xarici vətəndaşlar saxlanılıb və sonra polisə təhvil verilib.
Burhan,
KONKRET.az
