Rusiya bu sistemin formalaşdırılması məsələsində çox iş görüb – Putinbackend

Rusiya bu sistemin formalaşdırılması məsələsində çox iş görüb - Putin

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri ilə vahid ümumi hava hücumundan müdafiə sisteminin formalaşdırılması məsələsində çox iş görüb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bildirib.

Rusiya lideri hazırda Rusiyada səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmonla danışıqlar zamanı ümumi təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib.

“İndi onlardan birinə qısaca toxunmaq istərdim. Üstəlik, sabah bizim Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində həmkarlarımızla görüşümüz var. Məsələlərdən biri də KTMT ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin formalaşdırılmasıdır. Biz bununla bağlı artıq çox iş görmüşük”, – Putin deyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*