Rusiya dizel yanacağının ixracına qoyulan qadağanı ləğv etdibackend

Rusiya dizel yanacağının ixracına qoyulan qadağanı ləğv etdi

“Rusiya hökuməti daxili bazarın doyması səbəbindən dizel yanacağının ixracına qoyulan qadağanı aradan qaldırıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

Departament daxili bazarda yanacağın qiymətlərinə nəzarəti davam etdirəcəyini və lazım gəldikdə müvafiq tədbirlər görəcəyini vəd edib.

Nazirlik qadağanın ləğvi barədə qərarın “neft emalı zavodlarının boşaldılmasının qarşısının alınması və populyar yanacaq növlərinin – kommersiya mühərrik benzininin və dizel yanacağının qış çeşidlərinin yüksək həcmdə istehsalını təmin etmək, habelə neft emalı zavodlarında yüklərin boşaldılmasının qarşısının alınması məqsədilə qəbul edildiyini açıqlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*