“İrəvan və Moskva silah sahəsində problemli məsələlərin əksəriyyətini həll edib”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyindən bildiriblər.
Bununla yanaşı, düşmən ölkənin Müdafiə Nazirliyi bir sıra sualların hələ də açıq qaldığını bildirib.
Xatırladaq ki, ötən həftə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bəyan edib ki, Rusiya və Ermənistanın strateji maraqları üst-üstə düşür. Diplomatın sözlərinə görə, iki ölkə arasında münasibətlər müttəfiqlik xarakteri daşımaqda davam edir.
Ötən ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan alınan silahların Ermənistana verilmədiyindən şikayət etmişdi. İndi Ermənistanın ödəniş etdiyi silahlar düşmən ölkəyə daşınır.
Natiq Səlim,
KONKRET.az
