Erməni xalqı üçün təhlükəsizliyin real təminatçısı yalnız Rusiya ola bilər.
KONKRET.az xəbər verir ki, bunu RİA Novosti-yə Rusiyanın dövlət suverenliyinin müdafiəsi üzrə Federasiya Şurasının komissiyasının rəhbəri Andrey Klimov bildirib.
Klimovun sözlərinə görə, ABŞ gec-tez Ukrayna avantürasının onların xeyrinə bitməyəcəyini anlayaraq, “yeni gərginlik sahələri hazırlayır”.
Diplomat əlavə edib ki, Vaşinqton Qafqazda vəziyyəti gərginləşdirməkdə davam etmək və Rusiyada sabitliyi pozmağa cəhd etmək niyyətində olduğunu heç vaxt gizlətməyib.
Klimov bildirir ki, ABŞ Ermənistanda hansı siyasətçinin hakimiyyətdə olmasından asılı olmayaraq, onu ya uzaqlaşdırmağa, ya da özlərininki etməyə çalışırlar.
Qeyd edək ki, sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” nəşrinə müsahibə verib və Rusiyanın regiondakı rolu ilə bağlı bir sıra tənqidi bəyanatlar səsləndirib.
Ariz Həsənoğlu,
KONKRET.az