Xarici investisiyalara nəzarət üzrə hökumət komissiyası “Efes Breweries International BV”nin (Anadolu Efes) Belçikanın “AB InBev Efes BV”nin Rusiya birgə müəssisəsindəki payını almaqdan imtina edib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, iyunun 20-də maliyyə naziri Anton Siluanovun sədrliyi ilə komissiyanın iclası baş tutub.
“AB InBev Efes” 2022-ci ilin aprelində Rusiya müştərək müəssisəsindəki qeyri-nəzarət payını satmaq niyyətində olduğunu açıqlayıb və daha sonra 2023-cü ilin dekabrında türk tərəfdaşı ilə razılaşma əldə edilib.
“Anadolu Efes”dən bildirib ki, sövdələşmə tənzimləyici orqanlar və Rusiya hökumətinin məcburi təsdiqinə tabedir. Ona görə də sövdələşmə prosesi uzanır.
Qeyd edək ki, Rusiyada bu biznes “Anadolu Efes”in rəhbərliyi altında hər zamanki kimi fəaliyyətini davam etdirir.
Günel Mikayılova,
KONKRET.az