Rusiya KİV: “Ermənistan Azərbaycanla sülhdən imtina edə bilər”backend

Rusiya KİV: "Ermənistan Azərbaycanla sülhdən imtina edə bilər"

“İrəvan Qərbin dəstəyinə arxalanaraq Azərbaycanla sülh sazişi ilə bağlı mövqeyini sərtləşdirib”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.

“Ermənistan parlamentində Azərbaycanla sərhədin delimitasiyası məsələsi ilə bağlı qapalı dinləmələr keçirilib. Baş nazirin müavini Qriqoryan bildirib ki, delimitasiyanın harada başlayacağı ilə bağlı hələlik yekun qərar yoxdur. Eyni zamanda, Ermənistan parlamentinin sədri Simonyan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan imtinanın mümkünlüyünü də istisna etməyib.

İrəvanın mövqeyinin nəzərəçarpacaq dərəcədə sərtləşməsini göstərən bu cür ictimai bəyanatlar aprelin 5-də Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşündən sonra başlayıb.

Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisinin sözlərinə görə, Ermənistan rəhbərliyi bu görüşdə ictimaiyyətə açıqlanmayan bəzi təhlükəsizlik zəmanətləri aldığı üçün danışıqlar yolundan uzaqlaşmaq qərarına gəlib” – deyə məqalədə vurğulanır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Garachanta
    Aprel 12, 2024 - 21:33

    rus gavurları ermənilərin adından danışmasın …..gedib öz poxu ilə məşğul olsun …gah bizim gah ermənilərin adından danışaraq vəziyyəti gərginləşdirib Qarabağda baza qurmaq istəyir…Millətimiz yeməz bu nağılları

  • Haller
    Aprel 12, 2024 - 23:17

    Olkemi rusiyasiz gormek isteyirem!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*