Rusiya müxalifətinin həbsdə olan fəallarından biri, Moskvanın Krasnoselski rayonunun keçmiş rəhbəri İlya Yaşin Smolensk yaxınlığındakı İK-3 saylı koloniyada 15 gün müddətinə cəza çəkəcək.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, İlya Yaşin bu barədə Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, “Ayağa qalx!” əmrindən üç dəqiqə sonra kazarmadakı yataq yerini tərk etməsi bunun formal səbəbidir. Müxalifətçi hesab edir ki, əsl səbəb islah müəssisəsi administrasiyasının ona valideynləri ilə üç günlük görüşü pozmaq istəyidir. Məhbusun valideynləri ilə görüşü mayın 27-də baş tutmalı idi.
Yaşin bildirib ki, “İncil”dən başqa bütün kitabları yoxlanılması üçün müsadirə olunub. Bundan başqa, iki həftədir ona məktublar verilmir və mütəmadi olaraq axtarışa məruz qalır.
Qeyd edək ki, İlya Yaşin Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib.
Xatirə SADİQ,
KONKRET.az
