“Rusiya ordusu artıq təslim olmaq üzrədir” – Rusiyalı publisistbackend

"Rusiya ordusu artıq təslim olmaq üzrədir" - Rusiyalı publisist

Rusiyalı publisist Ukraynada Putin ordusunun təslim olmasının əlamətlərini görür.

KONKRET.az xəbər verir ki, bu fikirləri Kanal 24-ün efirində rusiyalı publisist Andrey Piontkovski deyib. Ukrayna Silahlı Qüvvələrinin uğurlu fəaliyyəti nəticəsində rus işğalçılarının Xarkov vilayətində 3 körpünü partlatması Putin ordusunun müəyyən qədər təslim olmasından xəbər verir.

“Onlar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna hazırlaşarkən körpüləri partladırlar. Onlar artıq bunu (Ukrayna Silahlı Qüvvələrinin hücumunu) hesablayıblar. Bu, artıq onların təslim olmasıdır”, – Piontkovski bildirib.

O, həmçinin xatırladıb ki, əvvəllər işğalçılar özlərini Ukrayna şəhərlərini ələ keçirmək planlarının olmadığına inandırıblar. Ruslar Donbasda hücuma keçəcəklərini də planlaşdırıblar.

“İndi də körpüləri partladırlar. Bunu Ukrayna ordusunun əks-hücumunu çətinləşdirmək üçün edirlər. Fikrimcə, bu, Putinin mayın 9-dan əvvəl düşünə biləcəyi ən yaxşı şeydir”, – deyə o əlavə edib.

Publisistin sözlərinə görə, Ukrayna hərbçiləri ponton körpüləri düzəltməli olacaqlar.

“Bu, Donetsk və Luqanskın ələ keçirilməsini təxminən iki həftə ləngidəcək, lakin bu, əsas ssenarini dəyişməyəcək”, – Piontkovski hesab edir.

Bundan əvvəl o, yaxın həftələrdə Ukraynada müharibənin bitəcəyini proqnozlaşdırmışdı.

Baş Qərargah artıq Silahlı Qüvvələrin Xarkov yaxınlığındakı bir sıra yaşayış məntəqələrinin azad edilməsi barədə məlumat yayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*