“Rusiya öz maraqlarına cavab verən siyasət aparacaq” – Putindən QƏRBƏ MESAJbackend

“Rusiya öz maraqlarına cavab verən siyasət aparacaq” – Putindən QƏRBƏ MESAJ

Rusiya lideri Vladimir Putin Dövlət Bayrağı Günü münasibəti ilə bağlı videomüraciət edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Putin Rusiyanın beynəlxalq arenada öz maraqlarına uyğun siyasət aparacağını bildirib.

O əlavə edib ki, Rusiya güclü və müstəqil dünya dövlətidir:

“Biz beynəlxalq arenada yalnız Rusiyanın əsas maraqlarına cavab verən siyasəti yeritməkdə qətiyyətliyik”, – deyə  Kreml rəhbəri vurğulayıb.

Xatırladaq ki, daha öncə Putin Qərbin digər dövlətlərin alternativ inkişaf yoluna xələl gətirdiyini və məhdudlaşdırma siyasəti ilə hegemonluğu qorumağa çalışdığını açıqlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*