Rusiya Qərb ölkələrindəki səfirliklərini BAĞLAYIR? – XİN rəhbərindən AÇIQLAMAbackend

Rusiya Qərb ölkələrindəki səfirliklərini BAĞLAYIR? - XİN rəhbərindən AÇIQLAMA

Rusiyanın Qərb ölkələrində keçmiş diplomatik mövcudluğunu saxlamasının mənası yoxdur.

KONKRET.az xəbər verir ki, bu fikirlə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

O, qeyd edib ki, Rusiya diplomatlarının Qərbdə işlədiyi şəraiti humanist adlandırmaq olmaz. Diplomatik nümayəndəliklərin əməkdaşları daim problemlərlə, eləcə də fiziki hücum təhlükəsi ilə üzləşirlər.

“Əsas odur ki, orada iş yoxdur, çünki Avropa bizimlə iqtisadi əməkdaşlığı dayandırmaq qərarına gəlib. Onları mehriban olmağa məcbur etməyəcəyik” – deyə Lavrov bildirib.

XİN rəhbəri bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi öz fəaliyyətinin coğrafi istiqamətini dəyişdirir və “ağırlıq mərkəzi”ni Moskva ilə qarşılıqlı faydalı əsasda əməkdaşlığa hazır olan ölkərə ötürəcək.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*