“Rusiya qoşunlarının irəliləməsi dayanıb” – “Bild” nəşribackend

"Rusiya qoşunlarının irəliləməsi dayanıb" - “Bild” nəşri

Xarkov vilayətinin şimalına hücumun başlamasından cəmi 11 gün sonra rus qoşunlarının irəliləməsi dayanıb.

KONKRET.az xabər verir ki, bu barədə “Bild” yazıb.

Nəşr hesab edir ki, Ukrayna ABŞ-dan gələn silahlar sayəsində Rusiyanın hücumunu dayandıra bilib: “Rusiya Silahlı Qüvvələri Lipsı kəndi istiqamətində ilk üç gündə tutduqları eyni sərhəd kəndlərində qalırlar. Volçansk rayonunda şəhər uğrunda döyüşlər davam edir, lakin onun yaxınlığında da, demək olar ki, heç bir irəliləyiş yoxdur”.

Bundan əlavə, ABŞ-dən gələn silahlar artıq Donetsk bölgəsindəki cəbhə xəttinə də çatdırılıb. “Yalnız bazar ertəsi ərzində, mayın 20-də, Rusiya Silahlı Qüvvələri Ukraynada 67 zirehli texnikasını itirdi. Buna baxmayaraq, Rusiya komandanlığı intihar hücumlarına əsgər göndərməkdə davam edir”, – nəşr yazır.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*