Rusiya, Türkiyə və Azərbaycandan olan nümayəndələr İrəvana getməyəcək.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib.
Onun sözlərinə görə, Rusiya, Türkiyə və Azərbaycandan olan nümayəndələr ATƏT Parlament Assambleyasının (PA) İrəvanda keçiriləcək payız sessiyasında iştirak etmək üçün qeydiyyatdan keçməyiblər.
Xandanyan qeyd edib ki, PA-nın beynəlxalq katibliyi Assambleyaya üzv olan 56 ölkənin hamısına və 11 tərəfdaş ölkəyə dəvət göndərib.
Ariz Həsənoğlu,
KONKRET.az
