Rusiya Türkiyəyə SƏSLƏNDİ: “Xüsusi əməliyyat ağılsız addımdır, əl çəkin!”backend

Rusiya Türkiyəyə SƏSLƏNDİ: "Xüsusi əməliyyat ağılsız addımdır, əl çəkin!"

Rusiya Türkiyəyə müraciət edib: xüsusi əməliyyatdan əl çəkin!

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Nur-Sultanda “Astana formatı” üzrə danışıqların açılışından əvvəl deyib. O bildirib ki, Rusiya Suriyanın şimalında hərbi əməliyyatlardan imtina tələbi ilə Türkiyə hakimiyyətinə müraciət edib.

“Türkiyənin Suriyanın şimalında kürd birləşmələrinə qarşı yeni əməliyyat keçirməsi ağılsız addım olardı”, – Lavrentyev deyib.

Onun sözlərinə görə, Ankaranın belə bir addımı Suriyada “sabitliyinin pozulmasına, gərginliyin artmasına, silahlı qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər”.

“Buna görə də biz türk həmkarlarımızı bu addımdan çəkinməyə və yaranan narahatlığı bütün maraqlı tərəflər arasında dialoq və sülh yolu ilə həll etməyə çalışacağıq. Biz öz tərəfimizdən hər cür dəstəyi göstərməyə hazırıq”, – deyə Lavrentyev əlavə edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ may ayında kürd YPG-yə qarşı əməliyyat keçirmək və Türkiyə-Suriya sərhədində təhlükəsizlik zonası yaratmaq planlarını açıqlayıb. Türkiyə mediası əməliyyata başlamaq üçün hər şeyin hazır olduğunu və hər an başlaya biləcəyini iddia edir.

Qeyd edək ki, İyunun 15-16-da Nur-Sultanda “Astana formatı” üzrə danışıqların 18-ci raundu keçirilir. Burada ənənəvi olaraq Suriya silahlı müxalifətinin və Dəməşqin nümayəndə heyətləri iştirak edir. “Astana prosesi”nin qarantları Rusiya, Türkiyə və İrandır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*