Rusiya Ukrayna ilə müharibənin “dondurulması” üçün şərt irəli sürdübackend

Rusiya Ukrayna ilə müharibənin “dondurulması” üçün şərt irəli sürdü

Rusiya hakimiyyəti Ukraynada döyüş əməliyyatlarının “dondurulması” ilə bağlı mövqeyini açıqlayıb.

Rusiya rəsmilərinin bildirdiyinə görə, Moskva müharibənin “ilkin səbəbləri” aradan qaldırılmadan Ukraynada hərbi əməliyyatların dayandırılmasına razılaşmayacaq.

KONKRET.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın enerji infrastrukturuna zərbələrini tənqid edib.

Diplomat Qərb ölkələrindən Ukraynanın bu hücumlarına münasibət bildirmələrini gözlədiklərini söyləyib.

“Ümid edirik ki, dünya ictimaiyyəti, xüsusilə Kiyev rejiminə təsir imkanları olan ABŞ və Avropa ölkələri tərəfindən buna adekvat reaksiya veriləcək”, – Qaluzin bildirib.

Rusiya tərəfi beləliklə, Ukraynada döyüşlərin müvəqqəti dayandırılması məsələsini müharibənin Moskvanın “ilkin səbəblər” adlandırdığı məsələlərin həlli ilə əlaqələndirir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*