Rusiya Ukraynanı köhnə qanadlı raketlərlə vurub – Britaniya kəşfiyyatıbackend

Rusiya Ukraynanı köhnə qanadlı raketlərlə vurub - Britaniya kəşfiyyatı

Rusiya Ukrayna ərazisinə təyyarədaşıyan gəmiləri məhv etmək üçün iki ayda onlarla raket buraxıb.

KONKRET.az UNİAN-a istinadən bildirir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat verib.

Bildirilir ki, Rusiya Ukrayna ərazisini 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində istifadəyə verilmiş və aviadaşıyıcılara qarşı istifadə üçün hazırlanmış Sovet “Kh-22 Burya” qanadlı raketləri ilə vurub.

Böyük Britaniya kəşfiyyatın;n daha bir məlumatına görə, Rusiya Federasiyası apreldən bu yana Ukraynaya qarşı onlarla belə köhnə raketlərdən istifadə edib.

Analitiklər hesab edir ki, Rusiyanın Ukrayna ilə müharibədə “Kh-22 Burya”dan istifadəsi normaldır, çünki onun müasir və daha dəqiq döyüş sursatları tükənmək üzrədir.

Kəşfiyyat onu da əlavə edib ki, “Kh-22” qanadlı raketlər yerüstü hədəflər əleyhinə çox aşağı dəqiqliyə malikdir, buna görə də mülki əhali arasında çoxlu itkilər ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*