Rusiya müharibənin 1731-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 294 028 PUA-sı, 672 zenit-raket kompleksi, 31 718 tank və digər zirehli texnikası, 1 797 reaktiv yaylım atəş sistemi, 36 962 artilleriya və minaatanı, 77 686 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.
