“Hazırda Rusiya və ABŞ arasında strateji təhlükəsizlik üzrə danışıqlar Vaşinqtonun aqressiv siyasətinə görə mümkün görünmür”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib:
“Vaşinqtonun Rusiyaya qarşı yürütdüyü ehtiyatsız və aqressiv siyasəti nəzərə alsaq, danışıqların bərpası ehtimalı heç də real görünmür” – Ryabkov vurğulayıb.
Rusiyalı diplomat əlavə edib ki, Moskva Vaşinqtonun strateji təhlükəsizlik mövzusuna dair bəyanatlarını izləyir. Lakin bu bəyanatların arxasında nəyin dayandığı bəlli deyil.
Xatırladaq ki, Rusiyanın ABŞ-dakı səfirliyi “START III” müqaviləsinin 3,5 ildən sonra başa çatacağını açıqlayıb. Buna baxmayaraq Vaşinqtondan strateji sabitlik üzrə ikitərəfli dialoqun bərpası ilə bağlı konkret təkliflər daxil olmayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
